Qolu əhatə etmək üçün universal 22-42 sm müxtəlif ölçülü insanlar üçün yararlıdır. B.Well manjeti uzunömürlü və rahatdır: möhkəm neylondan hazırlanmış, “velkro” uzadılmış bağlantıya malikdir.
Etibarlı quruluş və keyfiyyətli materiallar: Manometrin metal korpusu, möhkəm neylondan hazırlanmış qırağı kantlı uzunömürlü manjet və lateksdən hazırlanmış möhkəm kamera.
Süzgəc balonu tozdan qoruyacaq - xətasız dəqiq nəticə
Tikişsiz texnologiya ilə hazırlanmış möhkəm uzunömürlü kamera uzun müddət boyu istifadə olunacaq
B.Well MED-62, arterial qan təzyiqini ölçmək üçün stetoskop daxil klassik mexaniki tonometrdir.
MED-62 manometri metal korpus, lateksdən hazırlanmış möhkəm balon və qoruyucu süzgəc ilə təchiz olunmuşdur. 22-42 sm ölçülü qolu əhatə edən manjet rahat və etibarlıdır, polad halqa və yuvarlaq kənarlı biçimi sayəsində manjeti taxmaq asandır. Kənarları kantlı möhkəm neylon, “velkro” uzadılmış bağlantı, lateksdən bütöv tökülmüş kamera manjetin uzunömürlü olması üçün vacib detallardır.
Dünyanın həkimləri B.Well mexaniki cihazlara etibar edir, yüksək dəqiqliyinə və davamlılığına görə onlara üstünlük verir.
Tibbi manometr
Halqalı manometr, M-L ölçüsü (22-42 sm dairəli çiyin üçün)
Hava çıxışlı klapan ilə balon
Stetoskop
Qab-çexol
Kalibrlənmə açarı
İstismara dair təlimat
Zəmanət talonu